Ana Sayfa > Region / Manşet > Ucuzluq adı ilə market açıb necə problem yaradırlar - ŞİKAYƏT

Ucuzluq adı ilə market açıb necə problem yaradırlar - ŞİKAYƏT


3-09-2015, 11:25. Yazar: admin
Ucuzluq adı ilə market açıb necə problem yaradırlar - ŞİKAYƏT
Ölkədə iqtisadi böhranın başlandığı bir vaxtda tələm-tələsik bəzi işbazların marketlər açaraq əhalini soyması dəb halını alıb. Vertikal.az xəbər verir ki, elə bu günlərdə Qazaxda “köhnə məşəl” adlanan yerdə iri görkəmdə tikilərək istifadəyə verilən “Əsədoğlu” market kimi. Deyilənə görə, buranı qonşu Ağstafadan olan İlqar və Vüqar adlı “işbazlar” açıb.

Səhv etmiriksə, onların da arxasında “yuxarıda oturanlardan” biri dayanıb. Bildirək ki, həmin İlqarla Vüqar “Xırdalan pivəsi”ni də qərb bölgəsində xırıd edirlər. Məsələ burasıdır ki, istifadəyə verilən marketdə hələlik cəmi 30 nəfər işçi çalışır. Qıraqdan baxanda düşünür ki, “halal olsun, kişilər 30 adama çörək verir”. Daha düşünülmür ki, 2 növbədə işləyən işçilərin əməyi bu işbazlar tərəfindən tam istismar olunur. Belə ki, işçi ilə müdriyyət arasında heç bir əmək müqaviləsi yoxdur. İşçilərin hansı sənədlərlə işə qəbul edilməsi də bilinmir. Qəpiyə də möhtac olan işçilər qul kimi işlədilir. Onların gərgin əməyinin müqabilində çox az əməkhaqqı verilir.


İlqarla Vüqar işçi götürmək məsələsini də “Rusiyadan” öyrənib. Yəni işçilər onların zövqünü oxşamalı, dedikləri standarta uyğun gəlməlidirlər. Işə baxın ki, İlqarla Vüqarın yatanda da yuxularına gəlməzdi ki, onlar limonad satmaqdan yaxşıca özlərini tuta biləydilər.

Qeyd edək ki, bu marketdə qiymətlər də insafla yox, sırf market sahiblrəinin tamahına söykənərək müəyyəın olunur… Kənardan baxan elə zənn edir ki, marketdə ucuzluqdur. Daha fikirləşilmir ki, İlqarla Vüqar yağı ucuz satanda qəndi bahalaşdırır. Xurmanı ucuz satdıranda düyünü bahalaşdırır. Yəni, sirri böyük olan, biclik tələb olunan ticarət sistemində gündəlik tələbat mallarını cüzi olaraq ucuz satsa da, digər məhsulları bahalaşdırır. Bundan çaş-baş qalan kasıb-kusu belə zənn edir ki, bu marketdə ucuzluqdur.

Təbii ki, belə deyil! Burada bir məsələ dayanır, yalnız bu şəxslərin düşündükləri yollarla Ağstafadakı market işçilərinin çörəyini kəsdiyi kimi, Qazaxdakı market işçilərinin də çörəyini kəsmək! Başqa onların millətə heç bir yaxşılıq etməsindən söhbət gedə bilməz.

Geri dön