Ana Sayfa > Region / Manşet > Lənkəranda özbaşınalıq: 4 kəndin 1 problemi...

Lənkəranda özbaşınalıq: 4 kəndin 1 problemi...


1-09-2015, 09:31. Yazar: admin
Lənkəranda özbaşınalıq: 4 kəndin 1 problemi...
Mövzuya dair dərc etdiyimiz yazılarda biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, ilk növbədə mövcud olduğu ərazidə yaşayan əhalinin əsas ictimai sosial-məişət problemlərinin həllini üçün yaradılmış yerli özünü idarə orqanları – bələdiyyələr, təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. İlk növbədə qeyd olunmalıdır ki, bu gün əksər regionlarda nəticə etibarı ilə rayon rəhbərliyinin xeyir-duası olmadan bələdiyyə sədri seçilməyin özü də çox müşkül işdir. Digər tərəfdən isə bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş əksəriyyət bələdiyyə strukturları da imkanlarını əməli iş üçün deyil, şəxsi sərvətlərini artırmaq üçün səfərbər edirlər. Bu qəbildən olan şəhər, qəsəbə və kənd bələdiyyələrinin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumların mövcudluğu yalnız növbəti seçki dövründə müşahidə olunur. Bu kimi hallar fəaliyyətsizlik və yaxud qeyri-effektiv fəaliyyət kimi qiymətləndirilr. Təbii ki, bələdiyyələr yaradılanda əhali bu qurumlardan tam fərqli nəticələr gözləyirdi. Digər tərəfdən isə bu yerli özüniidarəetmə qurumlarına sırf şəxsi mənafeləri baximından yanaşmalar da az deyil. Bəzən hər hansısa bir bələdiyyə rəhbəri ərazidə təmir bərpa işlərinin, abadlaşdırmanın aparılması, sosial-məişət problemlərinin həlli üçün lazımi vəsaitin olmadığından şikayətlənir. Eyni zamanda həmin məmur elə sakinlərin gözü qarşısındaca gündən-günə varlanır, ev, avtomobil, villa sahibinə çevrilir. Redaksiyamıza yeni daxil olan məlumatlarda da Lənkərən rayonu, Kərgəlan kənd bələdiyyəsinin sədri Rəşid Bayramovun fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmışdır.
Vertikal.az bildirir ki, Kərgəlan bələdiyyəsinin əhatə etdiyi inzibati əraziyə dörd kənd – Kərgəlan, Lüvəsər, Darquba və Səbir kəndləri aiddir. Təəssüflər olsun ki, yerli mənbələr bu yerli özünü idarə orqanı barədə heç də ürəkaçan məlumatlar təqdim etmirlər. Aldığımız açıqlamalrda xüsusən bələdiyyənin sədri Rəşid Bayramovun öz müavini Mərdan Nəsirovla birgə həyata keçirdikləri torpaq maxinasiyaları haqda iddialar irəli sürülür. Bildirilir ki, yerli sakinlər pay torpaqların alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri almağı heç bir problemlə müşayət olunmur. Təbii ki, tələb olunan məbləği ödəmək şərti ilə. Qeyd etmək lazımdır ki, analojı problem əksər qəsəbə və kənd bələdiyyələrində mövcuddur. Həm də bu prosseslər elə bir xüsusi sxem üzrə həyata keçirilir ki, ilk baxışda qanun pozuntularının müəyyən etmək də çətin olur. Məlum olduğu kimi bir müddət əvvəl bələdiyyə torpaqlarının birbaşa satışına qadağa qoyuldu. Lakin bu qadağa elə də ciddi dəyişikliyə səbəb olmadı. Belə ki, bir çox bələdiyyələr hərrac yolu ilə torpaq satışında ciddi qanun pozuntularına yol verirlər. O cümlədən, yerli icra orqanlarında çalışan bəzi vəzifəli şəxslər də qanunsuz olaraq torpaq satışı ilə məşğuldurlar. Torpaq resursları tükəndikdə isə, bələdiyyə orqanları müxtəlif maxinasiyalara əl ataraq yerli sakinlərin torpaq sahələrinə göz dikir və bu xüsusda ciddi qanun pozuntularına yol açırlar. İddialara görə, bu gün Kərgəlan bələdiyyəsində də belə bir proses müşahidə olunmaqdadır. Sonda, daxil olan açıqlamalarda iddia olunur ki, Kərgəlan bələdiyyəsi hətta bütün rayonda xüsusi “bahacıllığı” ilə ad çıxarıb...
Vertikal.az

Geri dön