Ana Sayfa > Region > Siyəzəndə baş verən yanğın nəticəsində iki nəfər ölüb

Siyəzəndə baş verən yanğın nəticəsində iki nəfər ölüb


31-07-2020, 21:26. Yazar: admin

Siyəzəndə baş verən yanğın nəticəsində iki nəfər ölüb
Bu gün Siyəzən rayonunun Sədan kəndi ərazisində başlayan yanğın zamanı xəsarət alan iki nəfər ölüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ağır yanıq xəsarətləri alan kənd sakinləri 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşad oğlu və 1956-cı il təvəllüdlü Qanbayev Nizami Əli oğlu paytaxtda yerləşən tibb müəssisələrindən birinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

C. Zeynalov rayon İcra Hakimiyyətinin Sədan kəndi üzrə icra nümayəndəsinin qardaşıdır.
Geri dön