Ana Sayfa > Region > Güclü külək Şəmkirdə fəsadlar törətdi

Güclü külək Şəmkirdə fəsadlar törətdi


28-07-2020, 20:57. Yazar: admin
Güclü külək Şəmkirdə fəsadlar törətdi

Şəmkir rayonunun Qaracəmilli kəndində əsən güclü külək qaz təsərrüfatına ziyan vurub.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, külək dam örtüyünü diametri 57 mm olan qaz xəttinin üstünə aşırıb. Bu səbəbdən 450 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.
Geri dön