Ana Sayfa > Əyalət, Manşet > Süleyman Mikayılova GÖZDAĞI

Süleyman Mikayılova GÖZDAĞI


28-05-2020, 13:17. Yazar: admin
Süleyman Mikayılova GÖZDAĞI
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində, bir vaxtlar öz əzəməti ilə seçilən tarixi binada yerləşən Mədəniyyət Evinin hazırkı durumu sakinləri ciddi narahat edir.

Vertikal.Az bildirir ki, bu barədə məlumat verən sakinlər bildiriblər ki, 80-90-cı illərə qədər burada tamaşalar göstərilib, filmlər nümayiş olunub, dərnəklər fəaliyyət göstərib. Ancaq illərlə baxımsız qaldıqdan sonra bina bu vəziyyətə düşüb.

Onların sözlərinə görə, bura hazırda şəhid Zaur Qurbanovun adını daşıyır.

Süleyman Mikayılova GÖZDAĞI

Adı çəkilən Mədəniyyət Evi Azərbaycan Dəmiryolları QSC-nin tərkibində yerləşir.

Vertikal.Az bildirir ki, şəhidimizin adını daşıyan Mədəniyyət Evinin acınacaqlı durumuna Azərbaycan Dəmiryolları QSC və Mədəniyyət Nazirliyi kimi iki qosqoca qurum məsul olsa da, daha çox bu işdə günahkar elə Qaradağ rayon icra hakimiyətidir. Hər halda Qaradağ RİH başçısı Süleyman Mikayılov elə işlətdiyi daş karxanalarından birinin bir həftəlik qazancı ilə sözügedən Mədəniyyət Evini tam təmir edə bilər.

Süleyman Mikayılova GÖZDAĞI

Geri dön