Ana Sayfa > Region / Manşet > Akif Əliyevin korrupsiyalaşmış Masallı DSMF-sində Əjdər Ol izi

Akif Əliyevin korrupsiyalaşmış Masallı DSMF-sində Əjdər Ol izi


11-01-2016, 11:52. Yazar: admin
Akif Əliyevin korrupsiyalaşmış Masallı DSMF-sində Əjdər Ol izi
Son zamanlar Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə bağlı redaksyamıza ilginc məlumatlar daxil olmaqdadır. AzFakt.com-un electron ünvanına daxil olan son məlumat diqqətimizi çəkdiyindən iddianı olduğu kimi dərc etmək qərarına gəldik.
Bir müddət Masallı ƏSMM-yə rəhbərlik edən və DSMF sistemində Əjdər Olun sağ əli kimi tanınan Akif Əliyev rayon DSMF-sinə müdir təyin olunduqdan sonra korrupsiya imkanlarını “genişləndirməyə” başlayıb. Akif Əliyev Masallı ƏSMM- dən sonra Masallı DSMF-i də xaraba qoymağa başlayıb. DSMF Masallı şöbəsinin işçisinin göndərdiyi məlumatda deyilir ki, Akif Əliyev müdir təyinatı aldıqdan sonra işçilərin hər birindən işdə qalmaları üçün 3 min manat hesab yığıb.
Rayonun sosial müdafiə sistemini tamamilə ələ keçirən A.Əliyev daha peşəkar şəkildə öz “işini” yürütməkdədir. Məlumatda qeyd olunur ki, yeni müdir şöbənin bütün sektorlarına aylıq haqq qoymaqla yanaşı saxta əməliyyatlar da həyata keçirməkdə davam edir.
Gəlirlər sektorunda əməliyyatlar əsasən belə aparılır. İşçi sayının gizlətmələri və tender arayışları kütləvi şəkildə saxtalaşdırılır və külli miqdarda vəsait mənimsənilir. Demək olar ki fiziki və hüquqi şəxslərin bütün papkaları DSMF- nin rayon şöbəsi müdrinin istəyinə uyğun yenidən yazılır.
Fərdi uçotun təşkili sektoru isə staj hesabatlarının yazılışında pensiya sektorunun rəyini nəzərə alır. Burada əsas məsələ saxta pensiya təyinatların aparılmasına rəvac verməkdir.
Pensiya təyinatı sektoru isə qanuni şəkildə pensiyaya çıxacaq şəxslərin sənədlərində əmma taparaq “hörmət” etmədikləri təqdirdə pensiya məbləğinin aşağı olacağı ilə bağlı hədələyirlər. Müqabilində isə ya nəğd pul, ya da 2 aylıq pensiya məbləğini pensiya inspektorları tərəfindən mənimsənilir. Məlumatda qeyd edilir ki, Akif Əliyev dəfələrlə ətrafına və yaxınlarına açıq şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Əjdər Olla münasibətlərinin isti olduğunu deyib. Şöbə müdiri Masallı ƏSMM-dən DSMF-nin rayon şöbəsinə təyinatındada məhz Əjdər Olun rolunun olduğunu deyir. Sakinlər bildirirlər ki, Əjdər Ol kimi ziyalı bir şəxsin həqiqətəndə Akif Əliyevi himayə etməsinə inanmırıq.Ancaq Akif Əliyev nazirliyin Aparat rəhbərinin ona himayə etdiyini çəkinmədən hər yerdə deyir.
Redaksiyamıza Akif Əliyevlə bağlı daha bir foto və video fakt daxil olub. Məlumat dəqiqləşdirildikdən sonra saytımızda dərc ediləcəkdir.
AzFakt.com

Geri dön