Ana Sayfa > Region / Manşet > Şəkidə müəllimləri soyurlar

Şəkidə müəllimləri soyurlar


21-12-2015, 11:54. Yazar: admin
Şəkidə müəllimləri soyurlar
Şəki Sanitar Epidemologiya Stansiyasında müəllimlərdən pul alınır.

VİZUAL.az-a verilən məlumata görə, hər müəllimdən məcburi qaydada onların tibb kitabçası üçün 3-5 manat pul yığılır.

Guya müəllimlər tibb müayinədən keçməlidirlər. Amma heç bir müayinə olunmur, pul alınıb yola salınır.

Qeyd edək ki, bu hər il davam edən ənənəvi prosesdir. Bundan əvvəl müəllimləri məcburi qaydada hakimiyyətyönlü qəzetlərə abunə edirdilər.

Geri dön