Ana Sayfa > Region / Manşet > Lənkəranın hərbi komissarı nədən narahatdır?

Lənkəranın hərbi komissarı nədən narahatdır?


7-12-2015, 10:39. Yazar: admin
Lənkəranın hərbi komissarı nədən narahatdır?
Lənkəranın hərbi komissarı Faiq Əmirov barədə ANAXEBER.az-a ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, bir müddət əvvəl Lənkəranın hərbi komissarı Əqid Bayroyevin yerinə təyinat alan Faiq Əmirov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri, "MTN işi"nə görə həbs edilən Vidadi Zeynalovla yaxın münasibətləri var. Dəqiqliyi ilə bəlli deyil ki, Faiq Əmirov Vidadi Zeynalovun da daxil olduğu MTN-in keçmiş şefi Eldar Mahmudovun yaratdığı şəbəkənin üzvüdür ya yox. Lakin bununla bağlı ehtimallar var. Hətta Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin rəisi Arzu Rəhimov da Faiq Əmirovla işləməkdən narahatdır. Arzu Rəhimov ona görə adının "MTN işi"ndə hallana bilənəcəyindən ehtiyat edir. İddia olunur ki, Arzu Rəhimov Faiq Əmirovu işdən çıxarmaq istəsə də, onun əsas himayədarlarından biri olan Gəncənin icra başçısı Elmar Vəliyev buna imkan vermir. Bildirilir ki, hələ bir müddət əvvəl Arzu Rəhimov onu sərəncama götürmüşdü. Lakin Vidadi Zeynalovla Elmar Vəliyevin təzyiqləri nəticəsində yenidən onu işinə qaytardı.

Geri dön