Cəlilabad icra başçısının fövqəladə iclasında nələr oldu?
Tarix: 18-11-2015, 12:21 | Çap et
Cəlilabad icra başçısının fövqəladə iclasında nələr oldu?
Cəlilabad rayon, Göytəpə şəhəri 1 saylı tam ora məktəbin müəllimi Vasif Cannar oğlu Əkbərov Moderator.az-a müraciət edərək icra başçısı və adıçəkilən məktəbi direktoru haqqında maraqlı faktlar açıqlayıb .

Vasif Əkbərovun müraciətini təqdim edirik:

"Hörmətli media mənsubları, Cəlilabad rayon Təhsil Şöbəsindəki yeyintilərin məktəblərdə müəllimlərin üzərinə qoyulması barədə yazdığım faktlardan və xüsusilə Göytəpə 1 saylı tam orta məktəbin direktorunun pul tələb etməsini ictimailəşdirdikdən sonra Cəlilabad Rayon İcra başçısı Əziz Əzizov fövqaladə iclas keçirərək haqqımda ciddi tədbir görülməsi göstərişini veribdir. Məktəbin direktoru Reyhan Cəfərova isə deyir ki, yazanlar nə edə bilib ki siz nə edəsiniz, lazım olsa 30 min də verəcəm amma mənə heç kim heç nə edə bilməyəcək. Bir daha bəyan edirəm ki , məktəbimiz ilin məktəbi olması ilə bağlı olaraq ayrılan 10.000 manat pulu mənimsəməklə məktəb üçün heç bir iş görülmədi. Məktəbimizin içərisinə hal-hazırda su dammaqdadır. İstilik şəraiti yoxdur. Valideyinlərin büdcəsi hesabına alınan odunları meşə idarəsindən gələn odun kimi təqdim edirlər. Dövlət büdcəsi açıq şəkildə talanır. Səsimi çıxartdığıma görə mənə təzyiqlər edirlər. Qohumlarımı, iş yoldaşlarımı üzərimə qaldırırlar. Cənab Prezidentin son zamanlar ölkədə qanunsuz, korrupsioner əməllər törədən məmurları cəzalandırması məni də cəsarətləndirdi ki, mən də dövlət büdcəsini talayan yerli məmurların adın çəkim. Qoy hamı görsün ki, burada Reyhan Cəfərova kimi qanunsuzluqlar edən direktorların arxasında icra başçısı Əziz Əzizov durur".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net