"Şamaxı xanı" sahibkarların dərisini soyur - Şikayət
Tarix: 11-11-2015, 09:51 | Çap et
"Şamaxı xanı" sahibkarların dərisini soyur - Şikayət
Şamaxının icra başçısı sahibkarları xirtdəyə qədər boğaza yığıb. Daha bir iş adamı rayon rəhbəri Asif Ağayevdən şikayətlənib. Rayonda 500-dən çox sahibkar fəaliyyətdədir.
Onların sıxışdırılması, müxtəlif təzyiq rıçaqları ilə boğulub, maliyyə resurslarının əlindən alınması, aylıq bac-xərac verməyə məcbur edilməsi məhz A.Ağayevin təlimatı əsasında baş tutur.

Vertikal.az teref.info-ya istinadla xəbər verir ki, Elşən Səmədov prezident İlham Əliyevə üz tutub.

“Nazirlər Kabinetində keçirilən iclasda sahibkarların fəaliyyətinə məmurlar tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması barəsində söylədiyiniz fikirlərdən və verdiyiniz tapşırıqlardan sonra Şamaxı rayon sabiq icra başcısı Asif Ağayev tərəfindən sahibkarlıq obyektimin fəaliyyət göstərməsinə qoyulmuş qanunsuz qadağanın aradan qaldırılması barəsində Sizə müraciət ünvanlamışdım.

Müraciətimdən sonra Şamaxı rayon İH -nin müavini mənə zəng vuraraq ticarət obyektimi təyinatı üzrə işlətməyim üçün heç bir problem olmadığını bildirərək fəaliyyətimə davam etməyimi bildirdi.

Mən isə gələcəkdə heç bir problem yaşanmaması üçün ticarət obyektimin təyinatı üzrə fəaliyyət göstərməsinə icazə verilməsi haqqında rəsmi cavab verilməsini xahiş etdim.

"Şamaxı xanı" sahibkarların dərisini soyur - Şikayət

Bundan sonra icra hakimiyyətinin başçısının müavini bu haqda icra başcısı Asif Ağayevlə danışdıqdan sonra məni də ora dəvət edərək məsələni həll edəcəklərini bildirsə də, hələ ki bu məsələ öz həllini tapmayıb. Odur ki, bu barədə Sizə yenidən müraciət etmək məcburiyyətində qaldım”.
Şikayətçi deyib: “Cənab Prezident! Mən 20 ildir sahibkarlıq fəaliyyətilə məşğul oluram.Şamaxı rayonunda evimizin qarşısında inşa etdirdiyim kommersiya obyektimi təyinatı üzrə fəaliyyət göstərməyinə imkan vermirlər.

Sizə ünvanladığım çox saylı müraciətlərimə baxmırlar, hətta 2011-ci il 13 sentyabr Sizin Şamaxı rayonuna səfəriniz zamanı maşın karvanınızın qarşısına çıxaraq müşavirinizə təqdim elədiyimiz şikayət ərizəmizə də baxmadılar, artiq 4 ildir ki, bu məsələ həll edilməz qalıb.
Mən müharibə iştirakçısıyam, ali təhsilim var, yeganə gəlirim kiçik sahibkarlıqdandır ki, onunlada məşğul olmağa imkan vermirlər. Hazırda işsizəm.
Mənimlə birlikdə işləyən qardaş və bacılarım, onların ailə üzvülərinin hamısı işsiz qalıblar. Yaxın qohumlarımdan əlavə bu kommersiya obyektində rayon əhalisi üçün bir neçə iş yeri açılacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net