“MTN işi“ İlqar Abbasovu və daha 2 icra başçısını bitirir - siyahı
Tarix: 6-11-2015, 10:48 | Çap et
“MTN işi“ İlqar Abbasovu və daha 2 icra başçısını bitirir - siyahı
"MTN işi" bir neçə icra başçının da "vurulmasına" səbəb olacaq. İstiqlal.az-a daxil olan məlumata görə, hədəfdə olan icra başçıları aşağıdakılardır: Yasamalın icra başçısı İbrahim Mehdiyev, Xətainin icra başçısı Razim Məmmədov və Suraxanının icra başçısı İlqar Abbasov.

Məlumatda bildirilir ki, bu icra başçıları keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən himayə olunub. Ümumiyyətlə, Eldar Mahmudov Yasamal, Binəqədi, Xətai və Suraxanı rayonlarının qeyri-rəsmi kuratoru imiş. Adıçəkilən icra başçılarının təyinatında onun da rəyi nəzərə alınıb. Eldar Mahmudov bu adamların onun maraqlarını qeyd-şərtsiz qoruyacaqlarına əmin olduqdan sonra onların təyinatına "hə" deyib. Keçmiş MTN şefinin gözləntiləri özünü doğruldun.

İbrahim Mehdiyev, Razim Məmmədov və İlqar Abbasov rəhbəri olduqları rayonlarda sahibkarların Eldar Mahmudov və onun şəbəkəsi tərəfindən soyulmasında aktiv iştirak ediblər.

Məlumata görə, "MTN işi"ndə bu şəxslərin Eldar Mahmudovun göstərişi əsasında törətdikləri bir çox qanunsuz əməllər üzə çıxıb və bu onlar haqqında "vurulma" qərarının verilməsini şərtləndirib. Bildirilir ki, yaxın vaxtlarda adıçəkilən icra başçıları işdən çıxarılacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net