Vaqif Abdullayev direktorlardan yenə pul yığır – Gərginlik
Tarix: 28-10-2015, 10:55 | Çap et
Vaqif Abdullayev direktorlardan yenə pul yığır – Gərginlik
Beyləqanda icra başçısı ilə rayon Təhsil Şöbəsi müdiri pulyığma kampaniyasına başlayıb.

Vertikal.az xəbər verir ki, bir neçə məktəb direktoru artıq işdən çıxmaq üçün ərizə yazıblar. Onlar Prezident Administrasiyasına şikayətə gəlmək qərarına gəliblər. Prezident İlham Əliyevin son müşavirədə etdiyi çıxışdan sonra da insanlara divan tutmaqda, onları incitməkdə davam edirlər.
İcra başçısı Vaqif Abdullayev Təhsil Şöbəsi müdirinə tapşırıq verib ki, səs-küy salanlardan pul yığmasın. Gunxeber.com bu barədə yazıb ki, yerdə qalan məktəb direktorlarından isə 300 manat hesab yığılıb.
Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov direktorlara açıq deyib ki, Vaqif Abdullayev 300 manatı artırılan dərs saatlarına görə yığır. İcra başçısı deyir ki, əgər dediyim pul yığılmasa rayon prokuroruna təlimat verəcəm məktəbləri bir-bir yoxlasın. Vaqif Abdullayev rayon məktəblərində direktorların və təhsil şöbəsi müdirinin birlikdə nə qədər artıq dərs saatları yazmaları ilə bağlı dəqiq məlumata malikdir.
Buna görə də, icra başçısı ildə 2 dəfə məktəb direktorlarından 300 manat yığdırır. Başçı bu məbləği 500 manat etmək istəyirmiş. Ancaq Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov deyib ki, direktorlar narazılıq edirlər və bu məsələ böyüyər.
İcra başçısı sentyabrda ali məktəblərə daxil olan beyləqanlı tələbələrlə görüşü zamanı da direktorlardan pul yığmışdı. Yığılan pulları isə icra başçısı mükafat kimi həmin tələbələrə vermişdi. Beyləqanda hər kəs yaxşı bilir ki, icra başçısı məktəb direktorlarını şəxsən özü qəbul edir və onlara lazım olan göstərişləri verir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net