Cəlilabadda yağlı-buğlu yoxlama...
Tarix: 27-10-2015, 11:21 | Çap et
Cəlilabadda yağlı-buğlu yoxlama...
Redaksiyamıza Cəlilabad təhsilində cərəyan edən neqativ olaylar və bu baş verənlərə nazirliyin verdiyi reaksiyadan bəhs edilir. Vertikal.az internet poçtuna daxil olan xəbəri təqdim edir:

“Cəlilabad rayon təhsilindən olunan şikayətlərdən sonra buraya göndərilən maliyyə yoxlaması ilk gündən çox ciddi faktlar aşkarladıqdan sonra Cəlilabad RTŞ -nin bütün işçilərinə töhmət elan edilmişdi. Hətta məzuniyyət pullarından tutulan qeyri-qanuni sığorta pulu müəllimlərin kartına vurulmuşdu.

Təhsil sektounda mənimsənilən pulun miqdari qəzet və saytlarda yazılandan da çox çıxmışdı. Hal -hazırda Maliyə yoxlaması səthi aparılsada hər məktəbin yeyintilərinin miqdari 100-150 min manat miqdarinda olduğu aşkarlanir amma buna baxmayaraq məktəb direktorlarindan 15000-25000 arasi pul almaqla işi ört-basdir edirlər.

Yoxlamalar hər gün keyf-damaqda səfa sürürlər və buna görə də artiq yoxlamalar səthi aparılr.

Cəlilabad RTŞ -ndə 2013 cu ilə aid olan mühasib hesabatlari yoxa çıxıbdır. İnvertarlara və təmirə ayrılan xərclər gizlədilməkdədir.

Sizdən xahiş edirik ki , bu sahədəki yoxlamaların obyektiv aparılmasına nəzarət edəsiniz” .





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net