İllərdir haqqını arayan Fikrət Hacıyevə GDU-da aman yoxdur...
Tarix: 22-10-2015, 11:08 | Çap et
İllərdir haqqını arayan Fikrət Hacıyevə GDU-da aman yoxdur...
Hacıyev Fikrət Bala oğlu Vertikal.az-a şikayət məktubu yazıb. Məktubda bildirilir:

"Bildirirəm ki, tələbələrdən rüşvət almadığıma və kafedra müdirimə rüşvət vermədiyimə görə Xocalı soyqırımının 20 illiyi öncəsi işdən qovulmuşdum. 2 aclıq aksiyasından (52 və 29 günlük) və 15 məhkəmə qərarından sonra ( bunlardan 6-sı Ali Məhkəmə qərarı) işə bərpa olundum və 17 aylıq itirilən əmək haqqımın verilməsi (500 manat da mənəvi zərərə görə təzminat) qərarı çıxarıldı. Bu uzun mübarizədə sağlamlığımı bəlkə də həmişəlik itirmişəm və 4 ilə yaxındır ki, bütün yaxın qohumlarıma borcluyam. 20.10.2015 tarixində prorektor Asif Cavadovun qəbulunda oldum və Ali Məhkəmənin qərarının artıq GDU-ya çatdırıldığını bildirdim. Asif müəllim mənim yanımda GDU-nun hüquq elmi haqqında heç bir anlayışı olmayan hüquq məsləhətçisi Günay Şirinova Cahangir qızına zəng etdi. 3 ilə yaxın məhkəmə proseslərində məndən rüşvət tələb edən, hakimlərlə əlbir olub ciddi qanun pozuntularına yol verən bu xanım bildirdi ki, Təhsil Nazirliyindən icazə almaq lazımdır. Ancaq bundan sonra pul verilə bilər. Axı Ali Məhkəmənin qərarı olandan sonra, daha icazə nəyə lazım? Günay xanım Ali Məhkəmənin bir qərarını mənə əmək haqqım verilməsin deyin, kobud şəkildə pozmuşdu. Mən başa düşdüm ki, Ali Məhkəmənin qərarlarını pozan "cəsarətli" Günay xanımdan əmək haqqımı ala bilməyəcəyəm.

İllərdir haqqını arayan Fikrət Hacıyevə GDU-da aman yoxdur...

Kafedra müdirim Zakir Zeynalovun məsləhəti ilə 21.10.2015 tarixində rektor Yusif Yusibovun qəbuluna getdim. Nədənsə rektorun kabinetinin qarşısında uniformalı mühafizə əməkdaşı rektorun qəbuluna gələn tələbələrlə çox kobud rəftar edirdi. Mənim növbəm çatanda isə rektorun köməkçisi bildirdi ki, seçkiyə qədər qəbul dayandırılıb. Ancaq əvvəllər Yusif müəllim bir neçə dəfə mənə bildirmişdi ki, məhkəmə qərarı çıxan kimi əmək haqqım ödəniləcək. Mən başa düşdüm ki, nədənsə tələbələri qəbul edən rektor, xəstə müharibə veteranını qəbul etməkdən imtina etməklə mənə əmək haqqımın dərhal verilməyəcəyinə işarə edir. Qohumlarım vasitəsi ilə mənə bir neçə dəfə eşitdirmişdilər ki, məhkəmə proseslərində hakimlərə çox rüşvət veriblər və bu pulları geri ala bilmirlər ki, əmək haqqımı versinlər. Doğrudan da GDU-da çox dəhşətli işlər baş verir, müharibə veteranını işdən qovmaq və işə bərpa olunandan sonra isə əmək haqqının verilməməsi üçün Günay xanım vasitəsi ilə rüşvət paylayan GDU məmurları, heç bir savadı olmayan fərari üçün hər bir şərait yaradıb, az qala onu "alim" də edirlər. Xocalı faciəsinin Heydər Əliyev tərəfindən təşkil olunduğunu iddia edən kafedra müdirim isə buna görə 3-cü dəfə kafedra müdiri seçilir. Maraqlıdır ki, bunu GDU-nun son 4 rektoruna desəm də, MTN-də "adamı olan" Zakir Zeynalova güldən ağır söz deyən tapılmayıb (bəlkə də həbs olunan yerlisi general Teymur Quliyev, xahiş edirəm yoxlayın). Başa düşmək olmur ki, GDU rəhbərliyi hansı xalqa xidmət edir.
Bunları nəzərə alaraq, xahiş edirəm:
1. Üç ilə yaxındır ki, ciddi qanun pozuntularına yol verərək müharibə veteranının həyatını cəhənnəmə çevirən Günay Şirinova Cahangir qızının həqiqətənmi BDU-nun hüquq fakültəsinin 2008-ci il məzunu olduğunun araşdırılmasına kömək edəsiniz. Axı GDU müəllimləri arasında saxta diplomluların olması barədə mətbuatda artıq məlumat var.
2. Tələbələri qəbul edib, müharibə veteranı kimi məni qəbul etməyən Yusif Yusibov cənablarından xahiş edəsiniz ki, zəhmət çəkib borc içində olan xəstə müharibə veteranı kimi mənim üçün 5 dəqiqə vaxt tapıb qəbul etsin və söz verdiyi kimi əmək haqqımı dərhal ödəsin ki, borclarımı qaytarım və müalicə oluna bilim".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net