Laçında özbaşınalıq: Vətəndaşı məmurlar təhdid edir
Tarix: 5-10-2015, 10:31 | Çap et
Laçında özbaşınalıq: Vətəndaşı məmurlar təhdid edir
Laçın Rayon sakini Baxışov Baxış Aslan oğlu prezident İlham Əliyevə şikayət məktubu ünvanlaylb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətin mətnində deyilir:

"Cənab Prezident!
Laçın RTŞ-də baş verən ciddi qanun pozuntuları ilə bağlı bütün dövlət orqanlarına şikayət ərizələri ilə müraciət etsəkdə bu günə kimi araşdırma aparıb M.Vəliyevə dur deyən bir orqan tapılmır . Yuxarı orqanlara yazdıqımız şik ayət ərizələrinə baxılmaması M.Vəliyevin öz korrupsiya əməllərini davam etdirməsinə zəmin yaradır. Rayonu aidiyyatı orqanları M.Vəliyevin qanunsuz əməllərinə göz yummaqda davam edirlər. M.Vəliyev Laçın RTŞ-yə müdir təyin edilməmişdən əvvəl rayonun 45 saylı tam orta məktəbində direktor vəzifəsində işləyən maması oğlu İbadov Fizuli məktəbin müəlliməsinə qarşı əxlaqsız hərəkətlərə yol verdiyi üçün tutduğu vəzifədən azad edilsə də, M.Vəliyev RTŞ-yə müdir təyin olunduqdan sonra Fizuli İbadovu yenidən rayonun 13 saylı tam orta məktəbinə direktor təyin etdi. Fizulu İbadov M.Vəliyevə arxalanaraq 2013-2014 -cü tədris ilndə Rusya federasiyasına getmiş məktəbin müəlliməsi Məmmədova Təhminəni işdən azad etməmiş və adına dərs saatı yazmış, əməkhaqqısını alaraq mənimsəmişdir.Rusya federrasiyasından Ukraynaya getmiş T.Məmmədova bir il altı aydan sonra Ukra yna hadisələri zamanı Azərbaycana dönmüşdür. Lakin bu ciddi korrupsiya faktlarına hüquq mühafizə orqanları rəvvac verməkdə davam edir".

Daha sonra narazı Laçın sakininin prezidentə ünvanlanmış və bir nüsxəsi də DİA.AZ-a daxil olan müraiətində deyilir: "Laçın RTŞ-də baş verən korrupsiya əməllərindən etdiyimiz şikayətlərə baxılmaması M.Vəliyevin dahada arxeyin hərəkət etməsinə şərait yaradır. Laçın RTŞ-nin müdiri M.Vəliyev bizi susdurmaq üçün bizə qarşı ciddi tətit və təqiblərini gücləndirib.

M.Vəliyevi himayə edən məmurların övladlarımı öldürdəcəyindən və yaxud həps etdirəcəyindən ehtiyat edirəm. Çünkü M.Vəliyevi himayə edən məmurların güclü söz sahibi olaraq M.Vəliyevin korrupsiya əməllərini necə örtbasdır etməsini görürük.

Odur ki, ailəmizin təhlükəsizliyinin təmin edilməsinə və göstərdiyimiz faktların araşdırılmasına dair aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edirəm".


Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net