Vilyam Hacıyev seçkilərə belə müdaxilə edir
Tarix: 1-10-2015, 11:51 | Çap et
Vilyam Hacıyev seçkilərə belə müdaxilə edir
79 saylı İmişli seçki dairəsində qəribə vəziyyət yaranıb. İmişl rayon İcra Hakimiyyətin başçısı Vilyam Hacıyev sabiq deputat İltizam Əkbərlinin deputatlığa namizədliyinin qeydə alınmaması üçün DSK sədrinə təzyiq göstərir. Bu barədə Musavat.com-a İltizam Əkbərli məlumat verib.

1992-93-cü illərdə İmişli rayon İcra Hakimiyyətinin başçısı olmuş İltizam Əkbərlinin sözlərinə görə, o, 550 seçicisinin imzasını toplayaraq, başqa sənədlərlə birlikdə DSK-ya təqdim edib: "İmza toplayarkən biz hərtərəfli şəkildə diqqətli olduq, imzasından imtina edə biləcək şəxslərdən, o cümlədən qadınlardan imza götürmədik. Çünki bunların qadınların imzalarını "saxta çıxarmaq" kimi bir təcrübələri var. Bununla belə, artıq dörd gündür ki, İH başçısının təzyiqi ilə mənim namizədliyinin qeydə alınması əsassız olaraq ləngidilir".

İ.Əkbərli bildirir ki, DSK sədri Sabit Yaqubov saxtakarlıq etməkdən imtina edərək, dünən DSK-nın möhürünü İH başçısına təqdim edib və bütün iş günü ərzində işdə olmayıb: "Bu gün isə DSK-nın bütün üzvlərini çağırıb, RİH-də toplantı keçirirlər. DSK-nın ekspert qrupu da mənim imzalarımın saxta çıxarılmasından imtina edib. Ancaq Vilyam Hacıyev heç bir qanuna etina etmədən öz niyyətində israrlıdır".

Onu da qeyd edək ki, 2005-ci ildə müvəffəqiyətlə Milli Məclsin üzvü seçilən İ.Əkbərli 2010-cu ildə seçkiyə buraxılmayıb. O vaxt da onun namizədliyini DSK-da qəsdən qeydə almayıblar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net