Şirvanda pozulan "oyun qaydaları"...
Tarix: 3-06-2015, 12:15 | Çap et
Şirvanda pozulan "oyun qaydaları"...
Bu yaxınlarda Mərdan Camalovun Şirvan şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasının on ili tamam oldu. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2005-ci il tarixli 756 saylı Sərəncamı ilə Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

Ötən illər ərzində baş verənlər isə onu göstərdi ki, Mərdan Camalov dövlət başçısının ona göstərmiş olduğu yüksək etimadı doğrultmağı bacarmadı. Hər halda onun Şirvana rəhbərlik etdiyi illər ərzində barmaqla sayılacaq qədər gün tapmaq olardı ki, həmin gün ölkə mətbuatında şəhərdəki hansısa problem, nöqsan və ya qanunsuzluq işıqlandırılmasın. Şəhərdə radikal dini təmayülçülərin güclənməsindən tutmuş Şirvanda rüşvət və korrupsiyanın ayaq açıb yeriməsinə qədər çeşidli ittihamlar səsləndirilib. Maraqlısı isə odur ki, nə Mərdan Camalov, nə də Şirvan RİH həmin ittihamlarla bağlı izahat vermək zəruriyyətini belə hiss etməyiblər. Bəlkə həm də ona görə ki, əslində izahat verilməli nəsə yoxdu?...

Xalqxeber.Az-a şəhərdəki mənbələrdən daxil olan yeni məlumatlar isə Mərdan Camalovun ənənəvi “iş prinsiplərini” dəyişmək istəyində olmaması yönündədir. Həmin “iş prinsipi” isə rüşvətə, yerli məmur və sahibkarları mümkün qədər sıxaraq olan-qalanını əlindən almağa hesablanıb. Qaynağımızın sözlərinə görə, açılışına sayılı günlər qalan və Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları da Mərdan Camalov üçün əsl qazanc fürsətinə çevrilib.

Belə ki, Olimpiya Oyunlarını bəhanə gətirərək tabeçiliyindəki məmurlardan mütəmadi olaraq “haqq” toplayan icra başçısının bu davranış tərzi rayonda ciddi narazılıq yaratmaqdadır. Hətta indi Şirvanda yerli məmurların dilinin əzbəri olan belə bir deyim yaranıb: “Avropa Oyunları Bakıda keçirilirsə, bunun Şirvana nə aidiyyatı? Yaxud, dövlətimiz doğurdanmı Olimpiya Oyunlarının maliyyə təminatını bizim başçıya tapşırıb?...”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net