Masallıda bir il əvvəl çəkilmiş yolu yenidən asfaltlayırlar
Tarix: 29-05-2015, 12:12 | Çap et
Masallıda bir il əvvəl çəkilmiş yolu yenidən asfaltlayırlar
Masallı İcra Hakimiyyəti pul qazanmağın yeni metodlarını tapıb. Artıq iş o yerə çatıb ki, bir il bundan əvvəl çəkilmiş yolları sökərək, yenidən asfaltlamağa başlayıblar.

Masallıdan Yardımlıya uzanan yolun Ərkivan hissəsində yolları təmirə dayandırıblar. Halbuki ötən ilin avqustunda yolu dağıdaraq, ortadan daş bardu rvə asfalt vurulmuşdu. Hərçənd vurulan asfaltın keyfiyyəti o qədər aşağı idi ki, bir yağışdan sonra çala-çuxurlar avtomobillərin hərəkətini əzaba çevirmişdi.

Qeyd edək ki, həmin yol yenidən təmirə dayandırılıb və təmir olunur. Və bu təmir işləri də sürücülərin əsəblərini korlamağa başlayıb. Bir il bundan əvvəl çəkilmiş yolun yenidən təmir olunması və asfaltlanması müəmmalı məsələ sayılmır. Daha doğrusu, rayon camaatı Masallı İcra Hakimiyyətinin bu addımını növbəti pul silmə əməliyyatı kimi xarakterizə edir.

Onların sözərinə görə, asfalt çəkilməsinə baxmayaraq, bərbad vəziyyətə salımış həmin yolun yenidən təmir edilməsi hər nə qədər təqdir edilsə də, bu işlərin bir dəfə görülməsinin daha vacib olduğunu vurğulayırlar. Jam.az-a danışan rayon sakinləri qeyd edirlər ki, icra başçısı Rafil Hüseynov lazım olan yerləri deyil, bəzən lazım olmayan yerlərin yenidən qurulmasına daha çox cəhd göstərir. Xüsusən də bir yolun ikinci dəfə təmir edilməsi işləri son dönəmlər artıb.

Hərçənd Masallı sakinləri qeyd edirlər ki, Rafil Hüseynov rayonla Lənkəranı birləşdirən yolların təmir etməsinə də diqqət ayırsa yaxşıdır. Çünki Masallı-Boradigah-Ləvəngi yolunun bir qisminin dəhşətli vəziyyətdə olduğunu deyirlər. Bundan başqa, Lənkərana gedən əsas yol sayılan Bakı-Astara yolunun Masallıdan keçən hissəsinin də keçilməz olduğunu vurğulayırlar. Və hesab edirlər ki, bu yolların təcili olaraq təmirə ehtiyacı var. Üstəlik, Masallı-Ərkivan yolunun ildə bir dəfə təmir edilməsi daha çox korrupsiya təəssüratı yaradır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net