Neftçalada qaz kəsiləcək
Tarix: 29-07-2020, 12:52 | Çap et
Neftçalada qaz kəsiləcək
“Neftçala 1 və 2” ölçü qovşağından qidalanan, rayonun mərkəzini və kəndlərini təbii qazla təmin edən 12 km uzunluğa malik qaz xəttində kipliyə sınaq işlərinin aparılması nəzərdə tutulur.

Bu barədə “Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu iş diametri 200 mm olan polietilen “Surra Tatarməhəllə” orta təzyiqli yeraltı qaz kəmərində icra olunacaq. Texniki prosesin tənzimlənməsi üçün bir qrup abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb. Yaxın zamanda işlər tamamlanan kimi qaz təminatı bərpa olunacaq.

Qeyd edək ki, kipliyə sınaq işləri payız-qış mövsümünə hazırlıq məqsədilə icra edilir. Bu, əsasən də kəmərlərdə qaz sızmalarının olub-olmaması və kənar müdaxilələrin aşakarlanması üçün vacib texniki proseslərdəndir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
08-08-2020 10:36
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net