Qəbələdə karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən hazırlıq mərkəzi aşkarlanıb - FOTO
Tarix: 24-07-2020, 14:52 | Çap et
Qəbələdə karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən hazırlıq mərkəzi aşkarlanıb - FOTO

Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb.

Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub. Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
08-08-2020 10:36
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net