Prezident Qəbələdə yol tikintisinə 13,1 milyon manat ayırdı
Tarix: 22-07-2020, 14:14 | Çap et
Prezident Qəbələdə yol tikintisinə 13,1 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Əmirvan–Vəndam avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Əmirvan–Vəndam avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,1 milyon (on üç milyon bir yüz min) manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
08-08-2020 10:36
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net