Prezident Gəncə İdman Sarayının tikintisi ilə tanış olub
Tarix: 24-06-2020, 22:07 | Çap et
Prezident Gəncə İdman Sarayının tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Gəncə İdman Sarayının tikintisi ilə tanış olub.

"Report" xəbər verir ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Gəncə şəhərində daha bir möhtəşəm idman kompleksi tikilməkdədir. Gəncə İdman Sarayının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur. İkimərtəbəli bu qurğuda böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq şahmat turnirlərinin keçirilməsi üçün zal, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər, boulinq və atıcılıq zalları, istirahət və iaşə obyektləri fəaliyyət göstərəcək. İdman sarayı ən müasir avadanlıqla təchiz olunacaq.

Gəncə İdman Sarayında inşaat işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tikintinin keyfiyyətlə aparılması və obyektin vaxtında istifadəyə verilməsi ilə bağlı tapşırıqlarını verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Gəncə İdman Sarayının tikintisi ilə tanış olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net