Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 110 nəfərə çatıb
Tarix: 24-06-2020, 13:25 | Çap et
Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 110 nəfərə çatıb

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 7 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 110 nəfərə çatıb.

Son 24 saatda 12 nəfər sağalıb və indiyədək xəstəlikdən sağalanların ümumi sayı 77 nəfərə çatıb.

Hazırda 68 nəfər karantindədir, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net