FHN Masallıda itkin düşmüş üç qızın axtarışlarına başlayıb
Tarix: 20-06-2020, 01:39 | Çap et
FHN Masallıda itkin düşmüş üç qızın axtarışlarına başlayıb
Masallı rayonunda üç qız itkin düşüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, bu barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumatda deyilir ki, 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net