Bakının iki rayonuna yeni prokuror təyin edilib - EKSKLÜZİV
Tarix: 18-06-2020, 10:45 | Çap et
Bakının iki rayonuna yeni prokuror təyin edilib - EKSKLÜZİV

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Quba rayon prokuroru Elman Süleymanov tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun imzaladığı digər əmrlə Pirallahı rayon prokuroru İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub.

Səlcuq Elçin




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net