Buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb - Tərtərdə
Tarix: 9-06-2020, 12:18 | Çap et
Buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb - Tərtərdə

DİA.AZ: - Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 11-də Tərtər rayonunun ümümtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı keçiriləcəkdir.

DİA.AZ xəbər verir ki, buraxılış imtahanlarının keçirləcəyi Tərtər şəhər 1, 6, Şıxarx 2 saylı tam orta məktəblərdə və şəhər 2 saylı məktəb-liseydə sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.

İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.

Buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net