Beyləqan rayonu inkişaf yolunda...
Tarix: 24-09-2018, 12:51 | Çap et
Beyləqan rayonu inkişaf yolunda...
Beyləqan rayonu günü-gündən inkişaf etməkdədir. Hər halda son illərdə ölkədə müşahidə olunan tikinti bumunun, sosial-iqtisadi inkişafın təzahürlərini Beyləqanda da görməmək mümkün deyil.

Elə əməkdaşlarımızın sözügedən rayona səfəri zamanı da artıq illər əvvəlki Beyləqandan əsər-əlamət qalmadığının şahidi olduq.

Bizimlə söhbətlərində yerli rayon sakinləri də ölkə rəhbərliyinə rayonun sosial-iqtisadi inkişafında verdiyi dəstəyə görə təşəkkür edirdilər. Rayon sakinlərinin sözlərinə görə, illər əvvəl Beyləqanda əgər rayon mərkəzində belə adi maşınla da hərəkət imkansız idisə, indi yenidən qurulan yollar, abadlaşan küçələr təkcə göz oxşamır, həm də sakinlərin, habelə rayona gələn qonaqların rahatlığını təmin etməkdədir.

Onu da qeyd edək ki, kənd təsrrüfatı rayonu olan Beyləqanda bu gün pambıqçılıq da məhz dövlət hesabına, dəövlətin fermerlərə xüsusi diqqət və qayğısı nəticəsində xüsusi olaraq inkişaf etdirilməkdədir. Əməkdaşlarımızla danışıqlarında builki dövlət dəstəyindən ağızdolusu danışan pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılması siyasətindən də razılıq etdilər və bu addımın onlarda böyük ruh yüksəkliyi yaratdığını da xüsusi olaraq vurğuladılar.

Qeyd edək ki, rayondakı sosial-iqtisadi inkişafdan bəhs edən daha geniş yazımızı da yaxın günlərdə təqdim edəcəyik. bizi izləyin...
Vertikal.Az

Beyləqan rayonu inkişaf yolunda...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net