"Bakcell" dələduzluqla vətəndaşların cibini soyur-ŞİKAYƏT
Tarix: 7-06-2017, 08:08 | Çap et
"Bakcell" dələduzluqla vətəndaşların cibini soyur-ŞİKAYƏT
RegionXeberleri.com-a Ucar rayonu N.Nərimoanov küçəsi ev 27 sakini Rəhimov Tural Tofiq oğlu tərəfindən şikayət məktubu daxil olub.Ucar sakini "Bakcell" şirkəti tərəfindən dələduzluğa məruz qaldığını bildirir.

"Bakcell" mobil şirkəti fırıldaqçılıqla cibimizi soyur.Bunun qarşısını Rabitə Nazirliyi almaqda çox acizdir.Həttda Rabitə nazirliyindən mənə bildirdilər ki, bu "Bakcell" şirkətinin çoxdankı fırıldağıdır buna görə siz müvafiq icra orqanlarına müraciət etməlisiniz.
Belə ki, internetdən istifadə etdiyim zaman xəbərim olmadan məni 9771 xidmətinə qoşdular və buna görə hər günə mənim telefonumdan 59 qəpik pul siliməyə başladılar. Şikayət üçün mən 9771 xidmətinin 055 225-30-55 telefon nömrəsinə zəng etsəmdə nömrə işləmədi.Sonra "Bakcell" müştəri xidmətinə zəng etdikdə isə dedilər ki, bunun bizə aidiyyatı yoxdur siz həmin xidmətdən çıxmaq üçün oranın telefonuna zəng edin. Mən həmin xidmətin telefon nömrəsinin işləmədiyini bildirdikdə isə rabitə nazirliyinə zəng etməyi məsləhət gördülər.Rabitə nazirliyindən isə dedilər ki, " bu "Bakcell" şirkətinin öz oyunlarıdı, buna görə siz müvafiq icra orqanlarına müraciət edin". Ancaq Rabitə nazirliyi hansı icra orqanına zəng etməyi açıqlamadı.

Göründüyü kimi "Bakcell" şirkəti insanları avam yerinə qoyub cibini belə fırıldaqçılıqla, dələduzluqla soyur.Mən buna görə mətbuat vasitəsi ilə müvafiq orqan kimdisə onlara müraciət edirəm "Bakcell" şirkətinin dələduzluq əməllərini araşdırıb təcili tədbirlər görəsiniz.Bu cinayət əməlidir ki, "Bakcell" şirkəti məşğul olub vətəndaşlara ziyan vurub bu yolla küllü miqdarda pul qazanır. "Bakcell" şirkətinin belə dələduzluq oyunları ilə çoxlu sayda vətəndaşlar üzləşirlər.Xahiş edirəm tədbir görəsiniz".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net