İsmayıllıda nə baş verir? - Rayon əhalisi nədən narazıdır?
Tarix: 23-02-2017, 15:47 | Çap et
İsmayıllıda nə baş verir? - Rayon əhalisi nədən narazıdır?
İsmayıllı rayonunda narazılıq var. Redaksiyamıza daxil olan məlumata əsasən rayonun Talıstan, İvakovka, Hagıhətəmli kəndlərində bir həftədir ki, elektrik enerjiləri kəsilir. Gundeminfo.az-a daxil olan məlumata əsasən rayonun bu kəndlərində təbii qazın verilməsində də ciddi problemlər və uzunmüddətli fasilələr yaşanır.

Rayon sakinləri iddia edirlər ki, İsmayıllıda onların problemlərini dinləyən yoxdur. Rayon mərkəzinə gedən yollar həftələrlə təmizlənmir. Eyni zamanda rayon mərkəzindən də daxil olan informasiyalardan be ə aydın olur ki, əslində narazılıqlar kifayət qədərdir. İsmayıllı şəhərinin mərkəzində su xətlərinin donması nəticəsində saatlarla, bəzən də günlərdə içməli su problemləri yaşanır. Narazılıq edən rayon sakinləri deyirlər ki, rastlaşdıqları problemlərlə bağlı olaraq İsmayıllı Rayon İcra Hakimiyyəti ilə telefon ələqaləri yaratmağa etdikləri cəhdlər birmənalı olaraq cabasız qalır.

«İcra Hakimiyyətində heç bir kommunal problemlərlə bağlı olaraq vətəndaşlara dəstək olan yoxdur. Telefonlara cavab verən yoxdur. Cavab verəndə də deyirlər ki, su, qaz, işıq problemləri ilə bağlı müvafiq qurumlara zəng edin. Rayonun inzibati rəhbərliyi demək olar ki, fəaliyyətsiz durumdadır» deə sakinlərdən biri redaksiyamıza məlumat verib.

Konkret olaraq rayonda yaranan problemlərlə bağlı olaraq icra başçısı cənab Mirdamət Sadıqovla redaksiya əməkdaşlarının əlaqə saxlamaq cəhdləri də uğursuzluqla nəticələnib. Məlum olub ki, müvafiq olaraq dövlət başçısının yerli icra qurumlarının vətəndaşlarla təmaslarını daha da intensivləşdirmək və keyfiyyətini artırmaq üçün verdiyi tapşırıqlar İsmayıllıdı icra olunmur. Rayonun rəsmi internet saytında olan telefon nömrələrinə gün ərzində demək olar ki, cavab verən yoxdur. Hətta icra başçısının köməkçisi kimi göstərilən telefon növmərsinə də birmənalı olaraq cavab verən olmur.

Gundeminfo.az-a daxil olan məlumata əsasən bu günlərdə Hesablama Palatası da rayonda büdcə vəsaitlərinin istifadəsi və təyinatı üzrə xərclənməsinə dair ötən ilin büdcəsinin auditini həyata keçirib. Toplanmış məlumatlar Bakıya, yuxarı instansiyalara təqdim olunub. Son günlər mediada yayılan xəbərlərdən belə aydın olur ki, daha çox şikayət edilən icra hakimiyyətləri arasında İsmayıllı rayonu da var və böyük ehtimalla yaxın zamanlarda icra başçısı cənab Mirdamət Sadıqov vəzifəsi ilə vidalaşacağının fərqindədir. Məlumata əsasən bu səbəbdən də İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati aparatı işini «dondurub»…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net