Ordunun adından sui-istifadə edən məmurlar var: SUMQAYIT VƏ ZƏRDABDA
Tarix: 10-05-2016, 10:36 | Çap et
Ordunun adından sui-istifadə edən məmurlar var: SUMQAYIT VƏ ZƏRDABDA
Məlum olduğu kimi, Azərbaycan Ordusunun son dövrlər Qarabağda keçirdiyi uğurlu əməliyyatlar insanları xeyli ruhlandırıb. JAM.AZ xəbər verir ki, hərbi əməliyyatlar başladıqdan dərhal sonra Müdafiə Nazirliyinə, yerli Hərbi Komissarlıqlara, habelə xəstəxanalara axışan insanlar maddi imkanları, canları və qanlarıyla yardımlar etməyə hazır olduqlarını bildirirdilər.
Qeyd edək ki, əsgərlərimizə qan lazım olar deyə minlərlə insan könüllü olaraq xəstəxanalarda qan veriblər. Bundan başqa, iş adamları da daxil olmaqla, ən kasıb insanlarımız belə Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fonduna imkanları daxilində pul köçürüblər. Elə bu səbəbdəndir ki, Müdafiə Nazirliyi fondun maliyyə ehtiyatlarının xeyli artdığını açıqlayıb.
Amma insanlarımızın bu münasibətindən sui-istifadə edən məmurlar da az deyil. JAM.AZ xəbər verir ki, tanınmış jurnalist Elçin Həsənov özünün Facebook səhifəsində bununla bağlı yazıb ki, Sumqayıtda əsgərlərimiz üçün verilmiş qanlar xəstələrə satılır. Onun sözlərinə görə, hadisə öz başına gəlib. Sumqayıt Mərkəzi Xəstəxanasında ona bildiriblər ki, əsgərlər üçün yığılmış qan onların daha çox qazanmasına vəsilə olub. Belə ki, qanın hər 200 qramı baş həkimin tapşırığı əsasında 50 manatdan satılır.
Zərdabda isə bunun başqa forması yaşanıb. JAM.AZ-a məlumat verən rayon sakinlərinin bildirdiyinə görə, Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürülməsi üçün kampaniya başladılıb. Kampaniyanı başladan tərəf isə rayonun İcra Hakimiyyətidir. Lakin kampaniya çərçivəsində büdcə təşkilatlarında çalışan hər bir şəxsdən 10 manatdan pul vermələri tələb olunub. Niyə məhz 10 manat verilməsinə gəldikdə isə bunu bilən yoxdur.
JAM.AZ-a yazan zərdablılar bildirir ki, ordumuza yardım etmək onların ürəyincədir. «Biz 10 manat deyil, hətta evimizi satıb Azərbaycan Ordusuna verməyə hazırıq. Amma bu pulların hərbidən çox, icra başçısının cibinə getdiyini yaxşı bilirik. Səbəb kimi də onu göstərə bilərik ki, onlara «bizə bank hesabı verin, özümüz ödəyək» deyirik, cavabında isə «Olmaz, siz yığın, biz köçürərik» deyə bildirirlər. Bunun qarşısını almağa kömək edin».
Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net