İsmayıllılar Mirdaməd Sadıqovdan ölkə başçısına şikayət edəcəklər
Tarix: 30-04-2016, 11:17 | Çap et
İsmayıllılar Mirdaməd Sadıqovdan ölkə başçısına şikayət edəcəklər
Əslən İsmayıllı rayonunun Lahıc kəndindən olan Mirdaməd Mirsadıq oğlu Sadıqov hazırda doğulub, boya-başa çatdığı rayonun icra başçısı olsa da, o İsmayıllı üçün demək olar ki, heç nə etməyib. Əksinə onun gəlişindən sonra rayon sakinlərinin, yerli iş adamlarının, hətta fermerlərin illər uzunu yığılıb qalan problemlərinin sırasına yeniləri də əlavə olunub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının Azərbaycan Xalq Təsərrüfatı İnsititunu bitirdiyini, 1977-ci ildən 1982-ci ilədək həmin təhsil müəssisəsində komsomol komitəsinin katibi vəzifəsində çalışdığını bildirən məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi informasiyada deyilir ki, icra hakimiyyətinin elan etdiyi tenderlərin bir çoxunu məhz Mirdaməd Sadıqova yaxınlığı ilə seçilən «İsmayıllı Tikinti-27» ASC udur. İcra başçısı ilə bağlı kifayət qədər məlumata sahib olduğunu vurğulayan mənbənin sözlərinə görə, Mirdaməd Sadıqov 1982-ci ildə maliyyə-kredit kafedrasının baş müəllimi və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib: «1988-ci ildən isə Bakı Maliyyə-Kredit Texnikumunun direktoru (Azərbaycan Maliyyə-İqtisad Kolleci-red.) olub. 1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib. 2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində çalışıb. 2008-ci il noyabr ayının 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. Nəhayət, 2013-cü ildən etibarən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunur. Demək olar ki, elə o vaxtdan ismayıllıların problemlərinin sırasına yeniləri də əlavə olunub. Belə ki, bu gün əhalinin süründürməçiliyə məruz qaldığı və problemlərin qabarıq olduğu rayonlardan biri də məhz İsmayıllıdır. Deyilənlərə görə, Mirdaməd Sadıqovun tikinti sektorunda əyrintilərə rəvac verməsi və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsaiti təyinatdankənar istiqamətlərə yönəltməsi İsmayıllının inkişafını xeyli ləngidir, onu digər rayonlardan geridə qalmasına səbəb olur. Həmçinin, o da qeyd olunur ki, sabiq icra başçısı Nizami Ələkbərovun vaxtında bir çox dövlət sifarişlərini icra edən, ənənəvi «tender qalibi» kimi tanınan «VAFİ-Region» MMC-nin yerini indi «İsmayıllı Tikinti-27» ASC tutub». Bu arada, «VAFİ-Region» MMC ilə «İsmayıllı Tikinti-27» ASC-nin eyni ünvanda yerləşdiyini iddia edən məlumatlı şəxs bildirir ki, Mirdaməd Sadıqova yaxınlığı ilə seçilən ASC indiyədək bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan çox büdcə vəsaitinin «sərf olunmasında» iştirak edib: «Deyilənlərə görə, «Ağçay-48» və «ÜlviMİ» adlı MMC-lər İsmayıllı Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin qalibləri sırasındadır. Qeyd olunur ki, bu şirkətlər də Mirdamət Sadıqovla kifayət qədər sıcaq ilişkilərə malikdir. Buna görə də onlar rayonda «at oynadırlar». Onu da nəzərinizə çatdıraq ki, icra başçısının rəhərliyi altında bir müddət öncə inşa edilmiş keçmiş Zərifə Əliyva adına park, indiki Uşaq Əyləncə Mərkəzində istifadə olunmuş tikinti materiallarının sənədlərlə bir-birinə uyğun gəlmədiyi məlum olub. Belə ki, parkdakı hövuzların içinə mərmər daşdan örtü çəkildiyi sənədlərdə qeyd olunsa da, əslində orada «linenium» adlanan plastik örtükdən istifadə olunub. Deyilənlərə görə, məhz bu əməliyyat zamanı büdcədən külli miqdarda vəsait silinib. Bütün bunlar onu deməyə əsas verir ki, Mirdaməd Sadıqovun gəlişindən sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin nəzarəti altında reallaşdırılan layihələrdə bir xeyli dövlət vəsaiti tamam başqa istiqamətlərə yönləndirilib». Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, rayon sakinləri icra başçısının fəaliyyətindən narazı olduqları üçün yaxın günlərdə ölkə başçısına və digər aidiyyəti qurumlara şikayət xarakterli müraciət ünvanlamağı planlaşdırırlar: «Dövlət başçısı məmurlara dəfələrlə xəbərdarlıq edib ki, əhali ilə normal rəftar etməyən, vətəndaşların problemləri ilə maraqlanmayan, insanları bürokratik əngəlllərlə üz-üzə qoyanlar ən ağır şəkildə cəzalandırılacaq. Məhz elə bu səbəbdən də İsmayıllı rayon sakinləri icra başçısı Mirdaməd Sadıqovun və onun komandasındakı şəxslərin fəaliyyətin narazı qaldıqları üçün tez bir zamanda ölkə başçısına şikayətlə müraciət etməyi planlaşdırırlar. Deyilənlərə görə, artıq icra başçısının bundan xəbəri var. Buna görə də o, rayonun idarə, təşkilat və müəssisə rəhbərlərini bir araya yığaraq onlara camaatı ələ almağı, bütün problemlərin qısa müddət ərzində həll olunacağına dair söz vermələrini tapşırıb. Lakin buna baxmayaraq, ismayıllılar ölkə başçısına və digər müvafiq qurumlara bir sıra məsələlər, əsasən də su, işıq, qaz və işsizliklə bağlı şikayət etmək niyyətindədirlər. Bu gün rayon sakinlərinin əsas məqsədi Mirdaməd Sadıqovun törətdiyi əməllərə görə cavab verməsinə nail olmaqdır. Bu isə bir qədər çətin məsələdir. Çünki icra başçısı bütün mümkün tədbirlərə baş vuraraq özünü sığortalamağı, himayədarlarının yardımları ilə təhlükələri dəf etməyi bacarır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.





Xəbərlər
 
 
 
31-07-2018 06:11
 
 
 
 
 
 
 
 
 
 
07-07-2018 07:42
 
 
07-07-2018 07:39
 
 
07-07-2018 07:38
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net