Səlim Müslümovun kadrından tələb: - "8 ayını bizə ver..."
Tarix: 3-03-2016, 13:22 | Çap et
Səlim Müslümovun kadrından tələb: - "8 ayını bizə ver..."
Ağdaş rayonun Cüşüd kənd sakini Səbinə Zəkəriyəyeva sosial yardım ala bilmir

Belə ki,Səbinə xanımın yoldaşı vəfat etdikdən sonra o bir övladı çarəsiz durumda qalıb.Xəstə olduğu üçün işləyə bilmir buna görə də övladını saxlamağa imkanı yoxdur.Deyir ki, “dəfələrlə övladımı kimsəsizlər evinə atmaq istəmişəm ancaq ürəyim dözməyib.
Şikayətçi xanımın sözlərinə görə dəfələrlə sosial yardım almaq üçün Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib.Mərkəzdən də bildirilib ki, “gəl şərt kəsək…Sən yardımın 8 ayını bizə verirsən,biz də sənə yardım edirik…Necə deyərlər adı sənin dadı bizim”
Qeyd edək ki, Səbinə xanım hazırda Xətai rayonu Naxımov küçəsində bacısının yanında kirayədə qalır.
Biz şikayəti olduğu kimi ışıqlandırdıq,ümidvarıq aidiyyatı qurumlarda öz öhdəliklərinə düşən işə məsuliyyətlə yanaşaraq gözüyaşlı Anaya yardım edərlər!







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net