Cəlilabadda təhsil biabırçı durumdadır: Nazir isə görməməzlikdən gəlir
Tarix: 18-12-2015, 09:31 | Çap et
Cəlilabadda təhsil biabırçı durumdadır: Nazir isə görməməzlikdən gəlir
Cəlilabad rayon , Üçtəpə kənd sakini Yarıyev Ramiz Qədir oğlu Vertikal.az-a yerli təhsil idarəsindən şikayət edir. Cəlilabad sakininin müraciətində qeyd olunur:

"Cəlilabad rayon təhsilindən saysız hesabsız şikayətlərə baxmayaraq görülən tədbirlər yenə də müəllimlərin zərərinə olmağa davam etməkdədir . Cəlilabad rayon təhsilində aparılan maliyyə yoxlaması bütün məktəblərində aparılmasa da məktəblərin hamısına "tas" qoyulub. Yoxlanılmayan məktəblərdən biri Göytəpə şəhər 2 saylı tam orta məktəb olmuşdu ki, şəxsən bu barədə maliyyənin qaynar xəttinə zəng vurub məlumat verdikdən sonra oranın işçisi məni hədələdi . Maliyyə pozğuntusuna görə hər məktəbə 5000-30000 qədər cərimə yazılıb.

Müəllimləri Beynəlxalq Bankdan pul götürməyə məcbur ediblər. Cəlilabad rayonunun bütün məktəblərində müəllimlərdən açıq şəkildə pu l yığırlar . Göytəpə 1 saylı tam orta məktəbdə də direktor və müavinləri açıq şəkildə pul yığmaqdadırlar. Bu məktəbdən olunan şikayətlər müəlimlərin saxta imzası ilə bağlanır və ya müəllimlər izahat yazmağa məcbur edilir.

Bu qədər şikayətlərə baxmayaraq Rayon Təhsil Şöbəsinə müdir Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət almış Elminaz Nadirova təyin edildi. Belə görünür ki, bu rayonun təhsili Təhsil Nazirliyinin tabeliyində deyil".

Qarşı tərədin də münasibətini yaymağa hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net