Sabirabad icra nümayəndəsi qaçdı- icra başçısının başı dərddə
Tarix: 1-12-2015, 12:04 | Çap et
Sabirabad icra nümayəndəsi qaçdı- icra başçısının başı dərddə
Sabirabadda icra nümayəndəsi Mustafa Məşədiyev külli miqdarda pul mənimsəyərək rayonu tərk edib

Mustafa Məşədiyev, nümayəndəsi olduğu Ələmbəyli və Ağammədli kəndlərində daşqın nəticəsində evləri yararsız hala düşən sakinlərdən 100 minə yaxın pul toplayıb.Bolgexeber.com bildirir ki, sakinlərin məlumatına görə Məşədiyev onlardan aldığı pulla evlərin təmir ediləcəyini söyləyib. Lakin o, 50-ə yaxın ailədən topladığı pulları götürüb və Türkiyəyə yollanıb.Kənd sakinləri deyir ki, artıq 5 gündür işə çıxmayan Mustafa Məşədiyevdən bir xəbər-ətər yoxdur. Məlumatda həmçinin o da bildirilir ki, adıçəkilən şəxs pulları rayonun icra başçısı Nazim İsmayılovun adından istifadə edərək yığıb. Maraqlıdır bəs, Nazim İsmayılovun bütün bunlardan xəbəri varmı? O, ən etibarlı adamı hesab edilən Mustafa Məşədiyevi bu dərddən xilas edə biləcəkmi?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net