Ana Sayfa > Dünya > Daha bir turizm ölkəsi sərhədlərini açır

Daha bir turizm ölkəsi sərhədlərini açır


22-01-2021, 17:43. Yazar: admin

Daha bir turizm ölkəsi sərhədlərini açır
Kipr martın 1-dən sərhədlərini və hava yolunu bütün xarici dövlətlərdən gələn turistlərə açır.

Bu barədə dövlətin CyBC telekanalında məlumat verilib.

Kiprə gələn xarici vətəndaşlar mənfi nəticəli koronavirus testi təqdim etməlidirlər.

“Qırmızı” zona hesab edilən dövlətlərdən gələnlər isə adaya gələndən sonra da test verməlidirlər.

“Turistlər mənfi nəticəli COVID-19 testi təqdim etsələr, karantin məhdudiyyətləri olmadan Kiprə gələ biləcəklər”, - deyə ölkənin turizm nazirinin müavini Savvas Perdios bildirib.

Qeyd edək ki, Gürcüstan da fevralın 1-dən etibarən müntəzəm uçuşları bərpa edəcək.
Geri dön