Ana Sayfa > Dünya > Kolumbiyada avtobusun uçuruma aşması nəticəsində 4 nəfər ölüb, 17 nəfər yaralanıb

Kolumbiyada avtobusun uçuruma aşması nəticəsində 4 nəfər ölüb, 17 nəfər yaralanıb


22-11-2020, 07:56. Yazar: admin
Kolumbiyada avtobusun uçuruma aşması nəticəsində 4 nəfər ölüb, 17 nəfər yaralanıb

Kolumbiyanın şərqində baş verən yol qəzasında azı dörd nəfər hadisə yerində ölüb, 17 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə La FM radiosu məlumat yayıb.

Bildirilib ki, hadisə şənbə günü səhər saatlarında La Esperanza bələdiyyəsinin ərazisindən baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq uçuruma aşıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı istintaq başladılıb.
Geri dön