Ana Sayfa > Dünya > Pakistanda seminariyada baş verən partlayış nəticəsində 7 nəfər həlak olub

Pakistanda seminariyada baş verən partlayış nəticəsində 7 nəfər həlak olub


27-10-2020, 11:31. Yazar: admin
Pakistanda seminariyada baş verən partlayış nəticəsində 7 nəfər həlak olub

Bu gün səhər Pakistanın Peşavar şəhərində seminariyada baş verən partlayış nəticəsində azı 7 nəfər həlak olub, daha 70 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə The Dawn nəşri səhiyyə orqanlarına istinadla məlumat yayıb.

Yerli polis idarəsindən faktı təsdiqləyərək bildiriblər ki, partlayışın səbəbi müəyyənləşdirilirir. Mümkün səbəblər sırasında əldəqayırma partlayıcı qurğunun işə salınması göstərilir.

Polis zabiti Vakar Əzimin sözlərinə görə, partlayış Quran dərsi zamanı baş verib. Partlayıcını seminariyanın içərisinə kimsə çantada keçirib.

Hadisə yeri əhatəyə alınıb, polis sübutlar toplayır.
Geri dön