Ana Sayfa > Dünya > Gürcüstan parlamentinin yalnız 2 azərbaycanlı deputatı fəallıq göstərib

Gürcüstan parlamentinin yalnız 2 azərbaycanlı deputatı fəallıq göstərib


3-08-2020, 12:18. Yazar: admin
Gürcüstan parlamentinin yalnız 2 azərbaycanlı deputatı fəallıq göstərib

Ötən il Gürcüstan parlamentində təmsil olunan iki azərbaycanlı deputat – Ruslan Hacıyev və Mahir Dərziyev çıxışetmə hüququndan istifadə etməyib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının qanunverici orqanın 2019-cu il üzrə fəaliyyətinə dair hesabatında bildirilib.

Digər azərbaycanlı deputatlar - Azər Süleymanov 3, Savalan Mirzəyev isə 5 dəfə çıxış edib.

Sənədə əsasən, R.Hacıyev qanunverici orqanın plenar iclaslarını əsassız səbəblərə görə ən çox buraxan deputatların ilk üçlüyünə daxil olub.

Ötən il azərbaycanlı deputatlar ayrılıqda qanunvericilik təşəbbüsləri təqdim etməyiblər.

Qeyd edək ki, sənəd 1 yanvar 2019 - 31 dekabr 2019 dövrünü əhatə edir. 2018-ci ilin hesabatına əsasən, azərbaycanlı deputatların heç biri parlamentdə çıxışetmə hüququndan yararlanmayıblar.
Geri dön