Ana Sayfa > Dünya > Rusiyada təyyarə yanacaq daşıyan avtomobillə toqquşdu

Rusiyada təyyarə yanacaq daşıyan avtomobillə toqquşdu


1-08-2020, 12:24. Yazar: admin

Rusiyada təyyarə yanacaq daşıyan avtomobillə toqquşdu
Moskvanın “Şeremetyevo” hava limanında yanacaq daşıyan yük maşını “Aeroflot”a məxsus “Airbus A321” təyyarəsi ilə toqquşub.

“Zvezda” telekanalı xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Toqquşma anında təyyarənin göyərtəsində ekipaj üzvləri və sərnişinlər olmayıb.

İnsident nəticəsində bir nəfər - yanacaq daşıyan yük avtomibilinin sürücüsü xəsarət alıb.


Geri dön