Ana Sayfa > Dünya > Azərbaycanlı vəkildən Yefremovun törətdiyi qəza ilə bağlı gözlənilməz açıqlama

Azərbaycanlı vəkildən Yefremovun törətdiyi qəza ilə bağlı gözlənilməz açıqlama


4-07-2020, 18:15. Yazar: admin
Azərbaycanlı vəkildən Yefremovun törətdiyi qəza ilə bağlı gözlənilməz açıqlama

“Rusiyanın Əməkdar artisti Mixail Yefremov ağır xəstəlikdən əziyyət çəkir. Ölümlə nəticələnən qəza zamanı artistdə absans epilepsiya tutmaları baş verib”.

“112” “Telegram” kanalının məlumatına görə, bu barədə aktyorun hüquqlarını müdafiə edən azərbaycanlı vəkil Elman Paşayev bildirib.

Onun sözlərinə görə, bu, Yefremovun təqsirsizliyini göstərən əsaslı sübutdur.

Hazırda rusiyalı sənətçinin diaqnozunun həqiqiliyi yoxlanılır.

Absans - qıcolma meydana çıxmadan huşun qısamüddətli itirilməsi ilə gedən epileptik paroksizmlərin ayrıca bir formasıdır. Patologiya əzələ tonusunun pozulması və sadə avtomatizmlərlə müşayiət oluna bilər.

Xatırladaq ki, iyunun 8-də M.Yefremov Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşıdakı zolağa çıxıb və mikroavtobusa çırpılıb, sürücü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Sənətçinin özü xəsarət almayıb. O, avqustun 9-dək ev dustaqlığına göndərilib.

Yefremov baş verən ölümcül qəzada özünü təqsirli bilməyib.
Geri dön