Ana Sayfa > Dünya > Uşaqların zarafatı faciə ilə sona çatdı

Uşaqların zarafatı faciə ilə sona çatdı


1-07-2020, 02:00. Yazar: admin

Uşaqların zarafatı faciə ilə sona çatdı
Rusiyanın Krasnodar vilayətində, Anapa şəhərində Qara dəniz sahilində oynayan uşaqlar bir-birlərini qumda basdıran zaman faciə baş verib.

“Anapskoe Chernomorye” xəbər verir ki, çoxuşaqlı ailə Vityazevo qəsəbəsində dincəlmək üçün ev tutublar. Ata-anası yatan zaman valideyn nəzarətindən kənarda qalan üç uşaq bir-birlərini qumda basdıraraq oynamağa başlayıblar.


Onların ikisi zarafatla ən kiçik- səkkiz yaşlı uşağın üstünü tamamilə qumla örtüblər. Bu zaman havasız qalan azyaşlı ölüb.

Hadisə yerinə xilasedicilər, təcili yardım və polis cəlb edilib. Uşağı həyata qaytara bilməyiblər.

Hüquq-mühafizə orqanları ölümün səbəblərini araşdırır.
Geri dön