Ana Sayfa > Dünya > Ukrayna turistlərdən “sağlamlıq pasportu” tələb etməyəcək

Ukrayna turistlərdən “sağlamlıq pasportu” tələb etməyəcək


18-05-2020, 11:55. Yazar: admin
Ukrayna turistlərdən “sağlamlıq pasportu” tələb etməyəcək

Ukraynaya gedən turistlərdən “sağlamlıq pasportu” tələb olunmayacaq.
“RİA Novosti” bu barədə ölkənin Daxili İşlər naziri Dimitri Kulebaya istinadla xəbər yayıb.
Qeyd edək ki, hazırda bəzi dövlətlər insanların COVID-19-a yoluxmadıqlarını sübut edən “sağlamlıq pasportu” tələbini müzakirə edir.

“Biz Ukraynada bu mövzunu müzakirə etmirik. Beynəlxalq səviyyədə bu cür fikirlər var, amma onlar bu günə qədər reallaşdırılmayıb. İndiyə kimi praktik həllərdən biri kimi insanın müəyyən gün ərzində verdiyi neqativ testin nəticəsini göstərməli olduğunun zəruriliyinə meyl olunur.

Evə qayıtdıqdan sonra həmin şəxs özünü təcrid etməli və növbəti testdən keçməlidir. Bütün bunlar bürokratiyaya gətirib çıxarır”, - deyə nazir bildirib.
Paylaş
Geri dön