Ana Sayfa > Dünya > Türkiyə ABŞ-dan iki tələbinin təmin olunmasını istəyir

Türkiyə ABŞ-dan iki tələbinin təmin olunmasını istəyir


9-01-2017, 14:41. Yazar: admin
Türkiyə ABŞ-dan iki tələbinin təmin olunmasını istəyir
“ABŞ-ın əvvəllər etdiyi səhvləri bir daha təkrarlamayacağına inanırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə səfirlərinin 9-cu konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə ABŞ strateji ortaqdır: "NATO-da ortaqlığımız bu strateji müttəfiqliyi daha da gücləndirir. ABŞ-ın yeni hakimiyyəti ilə anlaşılsa, ikitərəfli əlaqələr qarşılıqlı mənfəətlər əsasında inkişaf etdirilər. ABŞ hakimiyyətinin əvvəlki illərdəki səhvləri təkrarlamayacağına inanırıq. Bizim onlardan iki əsas gözləntimiz var: birincisi, Fətullahçı Terror Təşkilatının başçısının ölkəmizə təhvil verilməsidir. İkincisi isə terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “YPG” ilə əməkdaşlığı dayandırmasıdır. Bu iki haqlı gözləntilərimizin təmin edilməsi Türkiyə-ABŞ əlaqələrinin gələcəyi baxımından çox əhəmiyyətlidir. Türkiyə ilə ABŞ bir çox bölgələrdə müsbət təsir göstərə biləcək gücə və imkanlara malikdir. Biz bu əməkdaşlığın qorunmasının vacibliyinə inanırıq”.

Qeyd edək ki, Ankarada yanvarın 8-14-də Türkiyə səfirlərinin 9-cu konfransı keçirilir. Konfransın mövzusu belədir: “2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər”. Konfrans çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşlər keçiriləcək, onlardan xarici siyasətə dair təlimat alınacaq. Eyni zamanda, tədbirdə terrora qarşı mübarizə məsələsi də müzakirə ediləcək başlıca mövzulardandır.

Konfransda Avropa İttifaqına hazırda sədrlik edən Maltanın xarici işlər naziri Corc Vella, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze, Tunisin xarici işlər naziri Xemais Jinau, Finlandiyanın xarici işlər naziri Timo Soyni, Beynəlxaq Miqrasiya Təşkilatının baş direktoru Leys Svinq də iştirak edirlər.

Geri dön