Ana Sayfa > Dünya > Londonda milyonlarla sərnişin metroda qalıb

Londonda milyonlarla sərnişin metroda qalıb


9-01-2017, 14:37. Yazar: admin
Londonda milyonlarla sərnişin metroda qalıb
Vertikal.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Britaniya paytaxtının milyonlarla sərnişini metroda çarəsiz qalıb. Londonda nəqliyyat kollapsının baş verməsinə səbəb metro işçilərinin tətili olub.

Dünən gecədən başlayan tətilə görə, Londonun ən yüklü stansiyaları bağlanıb. Metronun 11 xəttindən ancaq 8-i işləyir. Platforma və dəhlizlər sərnişin kütləsindən dolub-daşır.

Bəzi stansiyalarda isə basabas səbəbindən sərnişinlər evakuasiya olubu. Paytaxtın milyonlarla sakini öz iş yerlərinə getmək üçün alternativ nətqliyyatdan istifadə etmək məcburiyyətində qalıb. Nəticədə şəhərdə çoxkilometrli tıxaclar yaranıb.

Metropoliten işçilərinin tətilinə səbəb isə əməkdaşların ixtisarı olub. Etiraz aksiyası ilə sektorun işçiləri kadr çağışmazlığına və qalan işçilərin işinin çoxluğuna diqqət yönəltmək istəyirlər.

Geri dön