Ana Sayfa > Dünya > Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib


21-10-2016, 08:41. Yazar: admin
Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib
Rusiya Şərqi Hərbi Dairəsinin Kuril adalarındakı qoşunlarının döyüş hazırlığı səviyyəsinin yoxlanılmasına başlanılıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Aleksandr Qordeyev bildirib.

“Dairə qərargahının komissiyası Şərqi Hərbi Dairəsinin Kuril adalarında yerləşən hərbi hissələrinin yoxlanışına başlayıb. Yoxlama çərçivəsində adalardakı hərbi hissələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib”, - deyə Qordeyev bildirib.

Təlimlər planına əsasən, “Qrad” reaktiv yaylım sistemlərindən dəniz hədəflərinə döyüş atışlarının həyata keçirilməsi və “Orlan” tipli pilotsuz uçan aparatlardan istifadə edilməsi nəzərdə tutulub.

Geri dön