ABŞ prezidentliyinə namizəd məhbusları işgəncələrlə HƏDƏLƏDİ
Tarix: 24-11-2015, 10:00 | Çap et
ABŞ prezidentliyinə namizəd məhbusları işgəncələrlə HƏDƏLƏDİ
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp ekstremizmdə şübhəli bilinərək həbs edilən məhbuslara işgəncə verilməsini təklif edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp həmin məhbusların işgəncələr də daxil olmaqla ən sərt metodlarla dindirilməsinin vacibliyini bildirib.
“Terrorizmdə şübhəli bilininlər barəsində işgəncələr də daxil olmaqla, ən sərt metodlar tətbiq edilməlidir. Prezident seçkilərində qələbə qazansam, bir göz qırpımında bu işgəncələrin tətbiq edilməsinə icazə verəcəyəm. Belə metodlar işləyir. Yalnız axmaqlar iddia edə bilər ki, bu cür metodlar işləmir. Terrorçular buna layiqdirlər”,-deyə o, sərt çıxış edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net