Ərdoğandan birlik mesajı...
Tarix: 13-07-2015, 10:12 | Çap et
Ərdoğandan birlik mesajı...
Prezident Rəcəb Tayyib Ərdoğan, Tarabyadakı Huber Köşkünün bağçasında sənətçilərə və idmançılara iftar yeməyi verib. Ərdoğan yeməkdə etdiyi çıxışda, "Mənim bir prezident olaraq həmişə arzum istəyim budur, deyirəm ki biz birlikdə olsaq, biz iri, diri, qardaş olsaq həmişə birlikdə Türkiyə olsaq, o zaman bizi heç kim yıxa bilməyəcəkdir. Bunu bacarmağımız lazımdır. Çünki Türkiyənin buna ehtiyacı var " deyib.

Ərdoğan iftar yeməyində etdiyi çıxışda, birlik və birliyin hər zamankından çox daha böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, belə deyib:

"Baxın, terror mübarizəsi bu anda bizim üçün ən əhəmiyyətli çətinlikdir. Və bu terrorun qaynaqları bəllidir. Hələ-hələ sənətçilərimiz bunu çox çox yaxşı bilir. İdmançı dostlar, yoldaşlar bunu çox çox yaxşı bilir. Çünki əgər bu ölkə terrora qurban edilərsə, heyf olar . Bunu bilin ki, Türkiyənin birliyi, bərabərliyi yalnız Türkiyə üçün deyil, bölgə üçün və dünyadakı zərər çəkmiş, məzlum millətlər üçün bir nümunə təşkil edəcəkdir. Türkiyə ciddi bir sıçramanın içindədir. Bunu belə qəbullana bilməyənlər var; 'Türkiyə necə bu nöqtəyə gəlir?' Mənim bir prezident olaraq həmişə arzum, istəyim budur: Deyirəm ki, biz birlikdə olsaq, biz iri, diri, qardaş olsaq həmişə birlikdə Türkiyə olsaq, o zaman bizi heç kim yıxa bilməyəcəkdir. Bunu bacarmağımız lazımdır. Çünki Türkiyənin buna ehtiyacı var. Bizim tez-tez qarşımıza gətirilən, bu Türkdü, Kürtdü, Lazdı, Çerkezdi, Gürcüdü, Abazadı ... Mən artıq deyirəm, bizim kitabımızda bunların yeri yoxdur. Biz Türkiyə Respublikası vətəndaşlığında inteqrasiyaya məcburuq, orada bir olmağa məcburuq, orada birlikdə olmağa məcburuq".

"MİLLƏT BİR ƏDVİYYATDIR"

"Çünki burada millət anlayışı nədir deyə soruşursunuzsa, millət anlayışının içində Türkü də vardır, Kürdü də vardır, Lazı da vardır, Çerkezi də vardır, Abazası da vardır, və sairə və sairə ... Millət budur . Millət bir ədviyyatdır. Bunu fərqli yerlərə çəkmənin heç bir mənası yoxdur. Və Allah bizləri fərqli qövmlər halında yaratdı. Amma bir-birimizlə daha yaxşı tanış olaq, razılaşaq deyə yaratdı. Yoxsa nə Türkün Kürdə, nə Kürdün Türkə bir üstünlüyü yoxdur . Nə Ərəbin ağa, nə ağın Ərəbə üstünlüyü yoxdur. Üstünlük yalnız Allaha nə qədər yaxın olsaq, o qədərdir. Onun üçün, Hacı Bektaş-ı Vəlinin dediyi kimi, iri olaq, diri olaq, qardaş olaq".

İFTARA KİMLƏR QATILDI?

Prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın ev sahibi olduğu iftar yeməyində, Mustafa Keser mini konsert verib. Dəvətə, Orhan Gencebay, Sevim Emre, Fatih Terim, Eşref Ziya Terzi, Hasan Kaçan, Rıza Çalımbay, Oğuz Çetin, Rıdvan Dilmen, Tanju Çolak, Sibel Can, Mustafa Denizli, Zerrin Özer, Acun Ilıcalı, Neslihan Demir, Gülben Ergen, Cengiz Kurdoğlu, Hande Yener, Yavuz Bingöl, Hidayet Türkoğlu, Muazzez Ersoy, Kenan Sofuoğlu, Kenan İmirzalıoğlu, Fettah Can, Gamze Bulut, Eser Yenenler, Serkan Çağrı, Burcu çetinkaya, Mustafa Sandal, Murat Dalkılıç, Tuğrul Odabaş, Aykut Kuşkaya, Berdan Mardini, Rıza Kayaalp, Sinan Özen, İbrahım Sadri, Haluk Piyes, Osman Sınav, Mirsad Türkcan, Niran Ünsal, Polat Yağcı, Necati Şaşmaz, Işın Karaca, Harun Erdenay, Turgay Demirel, Servet Tazegül, Gökhan Tepe, Hakan Duvar, Serdar Gökhan, Orhan Hakalmaz, Şafak Sezer, Tamer Yiğit, Murat Yıldırım, Derviş Zaim, Alişan, Hakan Ural, Sera Tokdemir, Esat Yontuç və Ayhan Güngör qatılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net