Ərdoğandan Davudoğluna tapşırıq - Yeni hökumət qurulacaq
Tarix: 10-07-2015, 13:31 | Çap et
Ərdoğandan Davudoğluna tapşırıq - Yeni hökumət qurulacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cumhuriyyətinin 63-cü hökumətini qurmağı Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğluna həvalə edib.

Avropa.info xəbər verir ki, Əhməd Davudoğlu bu günki Bosniya-Herseqovina səfərindən döndükdən sonra koalisiya danışıqlarına başlayacaq.

Prezident Ərdoğan dünən axşam radələrində seçkilərdə ən çox səs toplamış partiyanın rəhbəri qismində Əhməd Davudoğlu ilə görüşüb. Bir saatdan çox davam edən görüş zamanı müzakirə olunan ən mühüm məsələ ölkədə yeni hökumətin qurulması olub.

Əhməd Davudoğlunun Bosniya-Herseqovinadan döndükdən sonra gələn həftənin bazar ertəsi günündən etibarən partiya rəhbərləri ilə görüşərək koalisiya müzakirələri aparacağı bildirilir.

Bundan sonra Davudoğlunun yeni hökuməti formalaşdırmaq üçün 45 gün müddəti var. 45 gün ərzində yeni koalisiya hökuməti qurulmasa növbədənkənar seçkilərin keçirilməsi üçün müvəqqəti keçid hökuməti qurulacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net