PKK-nın iki silah ambarı ələ keçirildi
Tarix: 9-07-2015, 09:48 | Çap et
PKK-nın iki silah ambarı ələ keçirildi
Türkiyənin Bingöl bölgəsində Kürd Fəhlə Partiyasına (PKK) məxsus iki cəbhəxana ələ keçirilib.

Bölgədəki jandarma qüvvələri tərəfindən aşkarlanan cəbhəxanalardan külli miqdarda silah və sursat, müxtəlif hava şəriatləri üçün nəzərdə tutulan geyimlər, gündəlik tələbat malları və s. ləvazimatlar götürülüb.

Türkiyə KİV-lərinin məlumatlarina görə, iyulun 1-dən etibarən ölkənin Btlis bölgəsində 3 nəfər PKK üzvü hökumət qüvvələrinə təslim olub. Diyarbəkirdə isə polisin keçirdiyi əməliyyat nəticəsində PKK-nın törəməsi sayılan YDG-H təşkilatına üzvü olan bir terrorçu yaxalanıb.

AzərTac






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net