"Türkiyədə növbədən kənar seçkilər real görünmür”
Tarix: 6-07-2015, 10:06 | Çap et
"Türkiyədə növbədən kənar seçkilər real görünmür”
“Parlamentə sədr seçilməsi gələcək koalisiyanın ortaqlarını müəyyən mənada bəlli etdi”.

Bunu Hafta.az-a açıqlamasında politoloq Sədrəddin Soltan Türkiyə parlementində yaşanan son olaylara münasibət bildirərkən deyib. Politoloqun fikrinə görə, MHP-nin 3-cü turdakı səsvermədə iştirak etməməsi dolayı yolla AKP-nin namizədinə yol açıb:

“Əgər MHP Dəniz Baykala səs versə idi heç şübhəsiz o az səs fərqi ilə parlamentin sədri olacaqdı. MHP-yə qarşı HDP və CHP tərəfindən hücumları da yersiz saymaq olar. Çünki MHP HDP-ni terrorçu PKK-nın siyasi təmsilçisi sayır. Açıq şəkildə bildirir ki, terrorçunun təmsilçisi ilə bir hökumətdə təmsil oluna bilməz. Bu baxımdan böyük ehtimalla hökumət qurulmasında MHP AKP-ni dəstəkləyəcək. Erkən yaxud təkrar, növbədənkənra seçkilərin isə keçirilməsi o qədər də gerçək görünmür. Çünki müxalifətdə olanların özəlliklə HDP-nin daha çox səs itirmək ehtimalı var”.

Sədrəddin Soltan Türkiyədə təkrar seçkilərin keçiriləcəyini də proqnozlaşdırmadığını da vurğulayıb:

“Normal cəmiyyətlərdə koalisiya qurmaq və ya siyasət oynamağı kompromisə getməyi bacarmayan siyasi qüvvəyə etibar edilmir. Bu baxımdan cari ildə yenidən seçkilərin keçiriləcəyi ağlabata görünmür.

Həmçinin qeyd edək ki, bu günlərdə Türkiyənin Cənub Şərqində səsvermə qutularına müdaxilə edildiyi məlum olub. Hafta.az-ın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisinə seçkidə ölkənin Cənub-Şərqi Anadolu bölgəsinin kəndlərində səslərin çoxunun Xalqların Demokratik Partiyasına (HDP) adına çıxması, başqa partiyalara verilən səslərin etibarsız və az olmasI seçki qutularına müdaxilənin olması müəyyən edilib. Bu haqda Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbəkir vilayət sədri Məhəmməd Akar bildirib. Onun sözlərinə görə, bölgənin Silvan rayonunun 27 kəndində qutudan yalnız HDP-nin adı çıxıb: "Qutudan AKP-yə bir səsin belə verilməməsi anormal haldır. Bu təbii hal deyil. Yəni bir kəndli, məntəqə komissiyasının bir üzvü, bir yerli vəzifəli də AKP-yə səs verməyib?! Bu şübhəlidir. Etirazları araşdırdıq, ancaq bir nəticə əldə edə bilmədik. Ancaq məsələni araşdıracağıq. Qutulara müdaxilənin olub-olmammasını aydınlaşmalıdır".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net